...

Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb

Cəmiyyət Materials 18 Yanvar 2023 15:49 (UTC +04:00)
Son bir ildə 16,1 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb

Bakı. Trend:

Onlardan 4 mini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslərdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına ötən il 16,1 min şəxs cəlb olunaraq onlar üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Bu barədə Trend-ə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.

Həmin şəxslərdən 700 nəfəri şəhid ailələrinin üzvləri, 1700-dən çoxu müharibə iştirakçıları, 1600 nəfəri əlilliyi olan, o cümlədən 580 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, 1200 nəfəri keçmiş məcburi köçkünlər, 2500 nəfəri gənclər olub.

Ümumilikdə ötən dövrdə 60 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Proqrama cəlb olunan şəxslər ilk olaraq təlimlərdə iştirak edir, qiymətləndirilməsi aparılır və biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti