...

Mediaya vergi güzəştlərinin tətbiqi onun inkişafına ciddi stimul olacaq - Natiq Məmmədli

Cəmiyyət Materials 6 Fevral 2023 16:28 (UTC +04:00)
Mediaya vergi güzəştlərinin tətbiqi onun inkişafına ciddi stimul olacaq - Natiq Məmmədli

Bakı. Trend:

Mediaya vergi güzəştlərinin tətbiq edilməsi onun inkişafına ciddi stimul olacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

O bildirib ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində medianın inkişafı baxımından çox mühüm bir qanun layihəsinin müzakirəsi olub: “Belə ki, yaxın üç il ərzində audiovizual media subyektləri istisna olmaqla digər media subyektləri bütün vergilərdən azad olunur. Burada medianın gəlir, mənfəət və əlavə dəyər vergisindən azad olunmasından söhbət gedir. Məsələ ilə bağlı Medianın İnkişafı Agentliyi uzun zamandır ki, tədqiqatlar aparır və müxtəlif media subyektləri ilə sorğular həyata keçirilib. Mediamız daim istəyib ki, ona dövlətin iqtisadi güzəştləri tətbiq edilsin. Nəhayət, bu istiqamətdə addım atıldı və Vergi Məcəlləsinə dəyişiklik edildi”, - o qeyd edib.

N.Məmmədli vurğulayıb ki, dəyişiklikdən sonra çap və onlayn media subyektlərinə vergi güzəştləri tətbiq olunacaq: “İqtisadçıların hesabalarına görə, burada 10 milyon manata yaxın güzəştdən söhbət gedir. Bu da dövlətin mediaya, azad sözə və pluralizmə dəstəyinin bir formasıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti