...

“Nargis” Fondunun təşkilatçılığı ilə Balaxanı qəsəbəsində iftar çadırları qurulub (FOTO)

Cəmiyyət Materials 18 Aprel 2023 12:29 (UTC +04:00)
“Nargis” Fondunun təşkilatçılığı ilə Balaxanı qəsəbəsində iftar çadırları qurulub (FOTO)

Bakı. Trend:

Aprel ayının 10-dan 14-dək “Nargis” Fondu tərəfindən Balaxanı qəsəbəsində qurulmuş çadırlarda Balaxanı və ətraf qəsəbələrin sakinləri üçün iftar süfrəsi açılıb.

Beş gün ərzində hər gün qonaqlara sulu xörək, aş qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər, kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim edildi. Layihə ərzində 1500 nəfərdən artıq sayda insan iftar süfrəsində bir araya gəldi. Uzaq məsafədən gələn qonaqlar üçün layihə boyunca ödənişsiz taksi xidməti təşkil edildi. Əlavə olaraq iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payı birbaşa yaşadığı ünvana göndərildi.

Qeyd edilir ki, “İftar çadırları” layihəsi “Nargis” Fondu tərəfindən 2019-cu ildən etibarən Ramazan ayında keçirilir. Layihə çərçivəsində insanların rahatlığı üçün xüsusi hazırlanmış beş ədəd şərq üslubunda çadırda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.

Builki “İftar çadırları” layihəsi “Alliance Group”, “PAŞA Bank”, “Coca-Cola”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və İsrailin Azərbaycandakı Səfirliyinin sponsorluğu və Bakı Abadlıq Xidməti, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi və “Yango”nun dəstəyi ilə həyata keçirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti