...

Dillər Universitetində Çin astronavtları ilə birbaşa əlaqə seansı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2023 11:23 (UTC +04:00)
Dillər Universitetində Çin astronavtları ilə birbaşa əlaqə seansı keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda ADU tələbələri ilə Çinin “Şençjou-15” kosmik gəmisinin ekipaj üzvləri arasında birbaşa əlaqə seansı keçirilib. Çin kosmik stansiyası ilə birbaşa əlaqə Şanxay Əməkdaşlıq Təşkilatının Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin, Çinin Pilot Kosmik Proqramı Ofisinin və Ümumçin Gənclər Federasiyasının yardımı ilə təşkil edilib. Çin astronavtları ilə birbaşa əlaqə seansı Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Hindistan, İran, Belarus və Monqolustandan olan tələbə və məktəblilərlə eyni vaxtda onlayn rejimdə keçirilib.

Çinli taykunavt Fei Junlonq Çinin “Tyanqonq” kosmik stansiyasında olarkən, ŞƏT ölkələrinin gəncləri ilə söhbət edib onların astronavtların gərgin əməyi, insanın kosmosu tədqiq etmək perspektivləri ilə bağlı suallarını cavablandırıb.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, 2023-cü ildə Çində ilk Çin peyki Dongfanghong-1-in orbitə buraxılması xatirəsinə həsr olunan Kosmonavtika Günü Çin Milli kosmik İdarə yaradılmasının 30 illiyinə təsadüf olub. O, həmçinin qeyd edib ki, bu il Konfutsi İnstitutu tərəfindən Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində ADU-nun Konfutsi İnstitutu Azərbaycan və Çinin kosmosun tədqiqi üzrə siyasətinin həyata keçirilməsi məqsədlərini, prinsiplərini və xüsusiyyətlərini vurğulamaq üçün “Azərbaycan və Çin: Kosmosa İpək Yolu” adlı elmi tələbə seminarları keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti