...

ADNSU-da “IV Sənaye inqilabı və informasiya texnologiyaları” adlı Beynəlxalq konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 11 May 2023 18:07 (UTC +04:00)

Bakı. Trend:

Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) IV Sənaye inqilabı və İnformasiya Texnologiyalarına həsr olunmuş I Beynəlxalq Konfrans işinə başlayıb.

Trend xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova Azərbycanda ilk dəfə keçirilən konfransın müasir İt biliklərinin artırılması, mövcud problenmlərin həlli və süni intellektin geniş tətbiqi baxımından xüsusi əhəmiyyətindən danışıb.

ADNSU-nun “Kompüter mühəndisliyi” kafedrasına müdiri, dosent Nazilə Rəhimova çıxışında IV sənaye inqilabının miqyası, həcmi və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmədiyini deyib və bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya da daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayışın gözlədiyini bildirib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmiz Vəlizadə, Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri Məhbubə Vəliyeva, Prosol QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev, “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin idarə heyətinin sədri Rahid Ələkbərli, Assosiasiyanın sədr müavini Rauf Cabarov, ADNSU-nun dosenti Yaşar Hacıyev və digərləri konfransın İT-nin inkişafı, sənayenin rəqəmsallaşdırılması, eləcə də süni intellektin tətbiqinin genişləndirilməsi baxımından əhəmiyyətindən söz açıb, konfransın işinə uğurlar arzu ediblər.

Sonra konfrans işini panel iclaslarla davam etdirib.

Qeyd edək ki, konfrans mayın 12-də yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti