...

Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur - AÇIQLAMA

Cəmiyyət Materials 18 May 2023 16:04 (UTC +04:00)
Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur - AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda olan bankların sayı ölkə üçün çoxdur. Ona görə yox ki, bizim ölkə coğrafi nöqteyi nəzərdən balacadır. Ona görə çoxdur ki, bizdə işgüzar fəallıq, investisiyaların həcmi, pul ketləsinin həcmi o qədər deyil.

Bunu Trend-ə iqtisadçı ekspert Elşad Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda pul kütləsinin həcmi iqtisadiyyata nisbətdə çox aşağıdır. “Əgər pul kütləsini artırsaq, müvafiq normativlərə çatdırsaq, onda bizə çox bank lazım ola bilər və yaxud az bank amma böyük portfelli banklar ola bilər. Hesab edirəm ki, bu variant daha məqsədəuyğundur ki, bankların birləşərək böyüməsi vasitəsilə sayı azalsın.

Amma yenə də bank sektoru yalnız öz mənfəətini artırmaq üçün fəaliyyət göstərməməlidir. Bank sektoru iqtisadiyyatın investisiya mənbəyi olmalıdır”, - deyə o əlavə edib.

Qeyd edək ki, hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti