...

Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub - Vüqar Süleymanov

Cəmiyyət Materials 25 May 2023 12:57 (UTC +04:00)
Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub - Vüqar Süleymanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Ağdam. Trend:

Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında çıxışı zamanı deyib.

"Azərbaycan dünyanın minalarla ən çox çirklənmiş ölkələrindən biridir. Bu gizli təhlükələr insan faciələrinə səbəb olmaqla yanaşı, həm də sosial və iqtisadi inkişafa mane olur. Bu həm də regionda sülh və sabitlik üçün əsas maneədir. 2020-ci ilin noyabr ayından etibarən Azərbaycan tərəfindən aparılan geniş minatəmizləmə əməliyyatları nəticəsində 81 386 hektar ərazi minalardan və partlayıcı qalıqlarından təmizlənib. Ümumilikdə 88 260 mina və digər partlayıcı qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib",- V.Süleymanov bildirib.

V.Sülymanov qeyd edib ki, əldə edilən irəliləyişlərə baxmayaraq, mina təhlükəsi davam edir.

"Son 32 ayda 302 Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər isə yaralanıb", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti