...

Şuşanın infrastrukturu çox sürətlə inkişaf edir - Filippinli səyahətçi

Cəmiyyət Materials 16 İyun 2023 15:15 (UTC +04:00)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşanın infrastrukturu çox sürətlə inkişaf edir, yollar salınır, yaşayış binaları tikilir və bu cür sürətli inkişaf həqiqətən heyranedicidir.

Trend cümə günü xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən filippinli səyahətçi Eymi Paraqas deyib.

"Bu mənim Azərbaycana ilk səfərimdir. Mənim üçün Şuşa şəhərinə səfər etmək və şəhərin necə yenidən qurulduğunu öz gözlərimlə görmək böyük şərəfdir", - o deyib.

Səyahətçi həmçinin Ermənistan tərəfin Azərbaycan-Ermənistan sərhəddində bu yaxında törətdiyi təxribata da toxunub.

"Təəssüf ki, bunlar çox faciəvi xəbərlərdir. Bu cür insidentlər insanı narahat edir və kədərləndirir. Çox istərdim ki, bu hadisələr bitsin və ölkələr sülhə və razılığa gəlsinlər", - deyə o əlavə edib.

Qeyd edək ki, MTP (Most traveled People) təşkilatının 14 ölkəni (ABŞ, Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya, CAR və Santa Lusia) təmsil edən geniş heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Qrupa MTP-nin rəhbəri, dünyanın səyyah elitasında böyük nüfuza sahib Charles Veley başçılıq edir. Heyət 4 gün ərzində avtomobil yolu ilə Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa xətti üzrə hərəkət edəcək.

Səfər həm də işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması üçün mühüm əhəmiyyət daşıyır.

Ötən 2 ildə dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri 7 dəfə Qarabağ və Şərqi Zəngəzurda olub. Onlardan 1-i 2021-ci ildə, 4-ü isə 2022-ci ildə, 2-si isə 2023-cü ildə olub. Bu, sayca 8-ci analoji səfərdir.

Qarabağ və Şərqi Zəngəzura intensivləşən dünya səyyahların səfərləri Azərbaycanın cəmi 44 günə azad etdiyi torpaqlarda qısa müddətdə həyata keçirdiyi nəhəng quruculuq, bərpa işlərinə olan yüksək marağı nümayiş etdirir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti