Bakı. Trend:
105 illik dövrdə Azərbaycan səhiyyəsi çox şərəfli yol keçib.
Trend-in məlumatına görə, bu barədə səhiyyə naziri Teymur Musayev Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunda çıxışında bildirib.
“Həkimlik andına sadiq qalan tibb işçilərimiz arasında həm pandemiya, həm də Vətən Müharibəsi dövründə itkilərimiz oldu. 44 tibb işçimiz qəhrəmancasına şəhid oldu”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumu keçirilir.