Bakı. Trend:
Prezident İlham Əliyevin komandanlığı altında şəhid və qazilərimizin işğaldan azad etdiyi torpaqlarımıza sevinc göz yaşları ilə qayıdırıq.
Trend xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndi sakini Raya Məmmədova deyib.
“Bu sevinci bizə bəxş edən prezidentimizə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Neçə illər idi ki, torpaq həsrəti çəkirdik. Ancaq bu gün torpağıma qovuşacam. Hisslərimi sözlərlə ifadə edə bilməyəcək dərəcədə xoşbəxtəm. Zəngilandan qaçqın düşəndə oğlanlarımla idim. Artıq nəvələrim var. Onlarla bir yerdə qayıdıram”, - o vurğulayıb.
Xatırladaq ki, avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.