...

Qanunsuz ov edənlər cəzalandırıldı (FOTO)

Cəmiyyət Materials 16 Avqust 2023 15:07 (UTC +04:00)
Qanunsuz ov edənlər cəzalandırıldı (FOTO)

Bakı. Trend:

Mingəçevir su anbarında və İmişli rayonu ərazisindəki daxili su hövzəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Yevlax rayon sakini Orxan İsgəndərov, İmişli rayon sakinləri Mamed Sədiyev, Qeyrət Hüseynov, Rinad Ağayev və Həsən Cəfərov olduğu məlum olub, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

"Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Mingəçevir və Şəmkir su anbarlarından 532 metr uzunluğunda 10 ədəd sintetik tor yığışdırılıb”.

B.Məhəmmədov onu da qeyd edib ki, ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını kobud şəkildə pozduqlarına görə Sumqayıt şəhəri sakini Elman Əliyev, Quba şəhər sakinləri İkram Cəfərov və Manaf Ərəbov saxlanılıb, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti