...

Gələn ilin may ayınadək Kəlbəcərə 500 ailə köçürüləcək

Cəmiyyət Materials 7 Sentyabr 2023 12:34 (UTC +04:00)
Gələn ilin may ayınadək Kəlbəcərə 500 ailə köçürüləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ilin may ayınadək Kəlbəcərə 500 ailənin köçürülməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclasında deyib.

O bildirib ki, həmin ailələrin köçürülməsi üçün aparılacaq tikinti işləri “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təhvil veriləcək.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilir. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti