...

Bu xəstəxanaya yeni direktor təyin edildi

Cəmiyyət Materials 12 Sentyabr 2023 10:23 (UTC +04:00)
Bu xəstəxanaya yeni direktor təyin edildi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Xəstəxananın direktoru vəzifəsi Təranə Məmmədovaya həvalə olunub.

Sentyabrın 11-də TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Təranə Məmmədovanı kollektivə təqdim edib.

T.Məmmədova 1975-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. O, 1982-ci ildə Rusiya Federasiyasının Novqorod şəhərindəki doğum evində anestezioloq-reanimatoloq, 1982-1985-ci illərdə həmin şəhərdə qadın məsləhətxanasında terapevt, 1998-2007-ci illərdə isə Bakı şəhəri 16 saylı Şəhər Poliklinikasında baş həkimin müavini, 2012-2021-ci illərdə Bakı şəhəri 37 saylı Şəhər Poliklinikasında baş həkim kimi fəaliyyət göstərib.

T.Məmmədova 2021-ci ildən hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor müavini, baş həkim vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti