Bakı. Trend:
Bu ilin sonuna qədər daha 7 minə yaxın insanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəhbərlik etdiyi qurumun və BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda keçirdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, köç hazırda insanların yaşadığı Laçın və Füzuli rayonlarına baş tutacaq.