Bakı. Trend:
Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 12 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda
və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(ikinci oxunuş).
5. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (ikinci oxunuş).
6. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən
narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə
onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci
oxunuş).
7. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə
zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz
hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə
törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli
miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (ikinci oxunuş).
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
10. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
11. “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların
hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl
haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”,
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik
haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
12. “Aviasiya haqqında” Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).