...

Yoluxucu xəstəliklə bağlı karantinə alınan məktəb yoxdur - Emin Əmrullayev

Cəmiyyət Materials 1 Noyabr 2023 13:21 (UTC +04:00)
Yoluxucu xəstəliklə bağlı karantinə alınan məktəb yoxdur - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ölkədə yoluxucu xəstəliklə bağlı karantinə alınan təhsil müəssisəsi yoxdur.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

“Kütləvi yoluxma halı olsa, aidiyyəti qurumlarla birgə qərar qəbul olunur. Xəstəliyin karantin müddəti bitdikdən sonra müəssisə fəaliyyətini bərpa edir. Mümkün olduğu təqdirdə isə distant təhsilə keçid edilə bilər. Çünki pandemiya dövründə bu təcrübə formalaşıb. Müxtəlif səbəblərdən belə qərarlar verilə bilər. Bildiyim tək fakt Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada qeydə alınmışdı. Bu gün həmin təhsil müəssisəsindən başqa belə fakt olmayıb",- deyə nazir bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti