...

"Land Cruiser"də narkotik daşıyan keçmiş məhkum tutuldu (FOTO)

Cəmiyyət Materials 3 Noyabr 2023 18:53 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakı sakini Masallıda külli miqdarda narkotik vasitə və psixotrop maddə ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluq və xuliqanlıq əməlinə görə məhkum olunmuş Nadir Dadaşov idarə etdiyi "Land Cruiser" markalı avtomobillə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda heroin, əlavə olaraq metamfetamin və metadon həbləri aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti