Bakı. Trend:
Torpaq həsrətinə həmişəlik olaraq Laçında son qoyacağam və bunun üçün çox sevinirəm.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Bayramov Nəsib deyib.
Onun sözlərinə görə, 25 yaşında düşmənlərin torpaqlarımızı işğal etməsi nəticəsində Laçını tərk etməli olub.
"Torpaqlarımızın müdafiəsində 4 qardaş iştirak etmişik. Bir qardaşım döyüşlərdə şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Allah Prezidentimizi qorusun", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.