Bakı. Trend:
Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşakar edilərək götürülüb.
Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.