...

Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olundu

Cəmiyyət Materials 16 Yanvar 2024 16:49 (UTC +04:00)
Mərkəzi Dəmiryol Xəstəxanasının yeni təyinatı müəyyən olundu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabinetinin sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyə xəstəxanada müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması tapşırılıb.

"Məlum olduğu kimi, bu ilin iyulun 1-dən rayon, şəhər çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Sözügedən xəstəxananın da bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Bu barədə ətraflı məlumatlar mütəmadi olaraq təqdim ediləcək”, - deyə əlavə edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti