...

Tərtərdə ölümlə nəticələnən qəza baş verib

Cəmiyyət Materials 4 Fevral 2024 22:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıdan Tərtərə qonaq gələn 25 yaşlı şəxs bədbəxt hadisə nəticəsində həyatını itirdi.

Tərtərdə avto qəza nəticəsində bir nəfər ölüb.

Trend-in yerli müxbiri xəbər verir ki, Bakıdan qonaq gələn 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus "VAZ-21015" markalı minik avtomobilini idarə etməyə çalışarkən nəqliyyat vasitəsini su kanalına aşırıb.

Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev suda boğularaq ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti