...

Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı

Cəmiyyət Materials 9 Fevral 2024 16:06 (UTC +04:00)
Hacıqabulda qanunsuz ov edən şəxslər saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabulda qanunsuz olaraq ov edən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.

Həmin şəxslərdən 3 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti