...

Qızılca xəstəliyinin təhsil müəssisələrində də azalması müşahidə olunur

Cəmiyyət Materials 16 Fevral 2024 12:21 (UTC +04:00)
Qızılca xəstəliyinin təhsil müəssisələrində də azalması müşahidə olunur
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qızılca xəstəliyinin hazırda respublika üzrə olduğu kimi təhsil müəssisələrində də azalması müşahidə olunur

Bu barədə Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Ümümtəhsil, məktəbəqədər və digər təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi təmin edilir. Termometriya rejiminin təşkili, qızılca xəstəliyinə şübhəli uşaqların dərhal sağlam uşaqlardan təcrid olunmasına nəzarət aparılır. Qızılca hadisəsi qeydə alınan siniflərdə şagirdlər tibbi müşahidəyə götürülür - deyə bildirilib.

Xatırladaq ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilib. 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti