...

Tərtərdə baş verən qətl hadisəsinin təfərrüatları məlum olub

Cəmiyyət Materials 26 Fevral 2024 21:31 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Tərtərdə qətlə yetirilən şəxs 12 manat su puluna görə öldürülüb.

Elburus Şəmilovun yaxınları Trend-in yerli müxbirinə bildiriblər ki, qətlə yetirilən şəxs kənd ərazisində su pulu yığırmış.

Həmkəndlisinin suya olan 12 manat borcunu ödəməsini tələb etmək üçün onun ünvanına gedən E.Şəmilovla Muradxan Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəmnində E.Şəmilov həmkəndlisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti