...

Ali Baş Komandanımız, ordumuz sayəsində torpaqlarımız azaddır – Füzuli sakini

Cəmiyyət Materials 22 Aprel 2024 07:39 (UTC +04:00)
Ali Baş Komandanımız, ordumuz sayəsində torpaqlarımız azaddır – Füzuli sakini
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Ali Baş Komandanımız, ordumuz, şəhidlərimiz, qazilərimizin sayəsində torpaqlarımız azaddır.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Zərif Abbasova deyib.

Onun sözlərinə görə, torpaqlarımız azad edildiyi gündən hər zaman Füzulidən söz düşəndə sevincindən gözləri yaşarır:

“Allah Ali Baş Komandanımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Mən özüm müəllim kimi çalışıram. Hazırda bacım qızı Füzuliyə köçür. İnşallah biz də öz köçəcəyimiz günü səbirsizliklə gözləyirik.

Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 172 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 705 ailənin, yəni 2689 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti