Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba- Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov “Əhməd” İdman Klubunda idmançılar və məşqçilərlə ilə görüşüb, idman zalında təlim məşq prosesini izləyib.
Hazırda yerli idmançılar məşqçi müəllim Suleyman Əliyevin
rəhbərliyi altında MMA, Kunq Fu, Qrapplinq və digər idman növləri
üzrə yarışlara hazırlaşır.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançlarla səmimi
söhbət zamanı Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və
qayğıdan danışıb. Xaçmazlı idmançıların müxtəlif respublika və
beynəlxalq yarışlarda uğurlu çıxışını müsbət hal kimi
dəyərləndirib, naliyyətlərin davamlı olmasını arzulayıb.
Görüşdə gənclərin idmana marağının artırılması və onların zərərli vərdişlərdən uzaq olması ilə bağlı fikir mübadiləsi aparılıb, idmançıları maraqlandıran suallar cavablandırılıb.