...

Azərbaycandan zəvvarların növbəti qrupu Həcc ziyarətinə yola düşüb

Cəmiyyət Materials 4 İyun 2024 16:35 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan zəvvarların növbəti qrupu Həcc ziyarətinə yola düşüb.

Trend-in məlumatına görə, 180 nəfərlik ikinci zəvvar qrupunu aparan təyyarə 16:35-də havaya qalxıb.

Qeyd edək ki, bundan əvvəl zəvvarların ilk qrupu səhər saatlarında yola düşüb. Bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb və mayın 29-da başa çatıb.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti