...

Xaçmazda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 23 İyun 2024 13:14 (UTC +04:00)
Xaçmazda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmaz rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.

Trend xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, aparatın əməkdaşları və rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak ediblər.

İştirakçılar ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüb.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlət qulluqçularını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu, bu gün respublikamızda dövlət idarəetmə sistemində islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti