...

Mətbuat prospekti ilə hərəkət edən sürücülərin NƏZƏRİNƏ

Cəmiyyət Materials 16 İyul 2024 17:45 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Aparılan təmir işləri ilə əlaqədar 17 iyul saat 00:00-dan etibarən Bakı şəhəri, Mətbuat prospektində (Ə.Haqverdiyev küçəsindən A.Sultanova küçəsi istiqamətində) mərhələli şəkildə (1-ci mərhələ - A.Sultanova küçəsindən M.Rəhim küçəsinədək, 2-ci mərhələ - M.Rəhim küçəsindən B.Vahabzadə küçəsinədək və 3-cü mərhələ - B.Vahabzadə küçəsindən Ə.Haqverdiyev küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq əks istiqamətə yönləndiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti