...

Laçının Bəylik və Güləbird kəndlərində tikilən evlərin sayı açıqlandı

Cəmiyyət Materials 2 Avqust 2024 12:55 (UTC +04:00)
Laçının Bəylik və Güləbird kəndlərində tikilən evlərin sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Laçın. Trend:

Bu ilin ikinci yarısında, 2025-ci birinci yarısında Laçının Bəylik kəndinin tikilib istifadəyə verilməsi, orada 93 fərdi evin tikintisi və ailələrin köçürülməsi nəzərdə tutulur.

Bu barədə Trend-ə açıqlamasında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O qeyd edib ki, Laçın şəhərində Diaspora Gənclərinin 5-ci Yay Düşərgəsinin keçirilməsi Laçın şəhəri üçün böyük hadisədir.

"İştirakçılar Laçında görülən işlər və yaradılan müəssisələrlə yaxından tanış olacaqlar.

Qısa zaman ərzində Laçında böyük işlər görülüb. Bizim hər ay planlı olaraq sakinlərin köçürülməsi prosesimiz baş tutur. Bu proses ilin sonundək davam edəcək. İlin sonunda sakinlər üçün yeni evlərin tikintisini davam etdirəcəyik.

Bu ilin ikinci yarısında, 2025-ci birinci yarısında Laçının Bəylik kəndinin tikilib istifadəyə verilməsi, orada 93 fərdi evin tikintisi və ailələrin köçürülməsi nəzərdə tutulur. Paralel olaraq Güləbird kəndinin salınması həyata keçirilir və ilkin olaraq 123 evin tikintisi nəzərdə tutulub", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti