Bakı. Trend:
Bu gün növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Trend xəbər verir ki, 30 ailə olmaqla, 102 nəfər Şuşa sakini doğma yurduna qovuşub.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.