Bakı. Trend:
Bu gün Misli Premyer Liqasının VI turunun 2 oyunu keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün ilk oyunu Şamaxıda baş tutub.
Burada yerli komanda “Sumqayıt”ı sınağa çəkib. Meydan sahibləri Giorgi Kantariyanın 3-cü dəqiqədə vurduğu qol ilə minimal hesablı qələbə qazanıblar.
Çempion öz meydanında "Səbail"-i qəbul edib. Oyunda sensasiya qeydə alınmadı. "Qarabağ" 2-1 hesabı ilə qalib gəlib.
"Qarabağ"-ın qollarını Leandro Andrade (5`, 55`) vurub, "Səbail"-in heyyətində isə Fərid Nəbiyev (58`) fərqlənib.
Qeyd edək ki, turun digər açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”ə qalib gəlib. Sabah “Zirə” “Neftçi” ilə, “Sabah” isə “Turan Tovuz”la qarşılaşacaq.