...

Həcc ziyarəti üçün müraciət edənlərin sayı məlum olub

Cəmiyyət Materials 17 Fevral 2025 12:38 (UTC +04:00)
Həcc ziyarəti üçün müraciət edənlərin sayı məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Həcc ziyarəti üçün müraciət edən 500 nəfərdən çox şəxsin sənədi qəbul edilib.

Bunu Trend-ə açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, ötən il kvota 1500 nəfər idi.

"Bu il isə kvotanın sayı dəqiq təyin edilməyib. Keçən ilə nəzərən bu il kvota az nəzərdə tutulub", - deyə o qeyd edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi 2025-ci il Həcc mövsümü zamanı zəvvarlara özləri ilə uşaqları da gətirməyi qadağan edib.

Qərar hər il zəvvarların sayının çoxluğundan yaranan böyük sıxlığı nəzərə alaraq, uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.

Bundan başqa, nazirlik Həcc mövsümünün daha rahat təşkil edilməsi üçün zəvvarların təhlükəsizliyinin təmin olunması istiqamətində bir neçə yeni qərar verib.

Təhlükəsizlik tədbirləri ilə bağlı maarifləndirmənin artırılması, zəvvarların hərəkətlərinin tənzimlənməsi və rəhbərlər üçün intellektual sistemin tətbiq edilməsi, komfortun artırılması və dini ayinlərin icrasının asanlaşdırılması üçün çadır düşərgələrinin və yolların modernləşdirilməsi yeni qərarlar arasındadır.

Nazirlik, həmçinin, əlavə edib ki, bu mövsümdə iştirak üçün əsas üstünlük daha əvvəl Həcc ziyarətində iştirak etməyənlərə veriləcək.

2025-ci il Həcc mövsümünə qeydiyyat artıq Səudiyyə Ərəbistanı vətəndaşları və rezidentləri üçün rəsmən açıq elan olunub. Zəvvarlar “Nusuk” tətbiqi və rəsmi onlayn portal vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti