...

Ötən il satılan təbii qazın 13.7 milyard kubmetri daxili bazara yönəldilib, 2,8 milyard kubmetri ixrac edilib

Cəmiyyət Materials 14 Mart 2025 11:06 (UTC +04:00)
Ötən il satılan təbii qazın 13.7 milyard kubmetri daxili bazara yönəldilib, 2,8 milyard kubmetri ixrac edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə üzrə 2024-cü il ərzində satılan 16.5 mlrd. kubmetr təbii qazın 13.7 mlrd. kubmetri, 196.3 min ton maye qazın isə hamısı daxili bazara yönəldilib, bundan əhali istehlakçılarına isə 3,9 mlrd. kubmetr təbii qaz verilib.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, qaz ixracı 2,8 mlrd. kubmetr təşkil edib. Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikası 284,4 mln. kubmetr təbii qazla təmin olunub. 2024-cü ildə itkilər 10,4 % təşkil edib.

667 km müxtəlif diametrli yeni boru xətləri çəkilib, 326 km uzunluğunda qaz xətləri isə əsaslı təmir olunub.

Payız-qış mövsümündə istehlakçıların fasiləsiz qaz təminatı məqsədilə yeraltı qaz anbarlarına 1,8 mlrd. kubmetrə yaxın təbii qaz vurularaq 2,9 mlrd. kubmetrdən çox qaz ehtiyatı yaradılıb. Yeraltı qaz anbarlarının daha səmərəli istismarı və aktiv qaz həcmlərinin 3,5 mlrd. kubmetrə çatdırılması üçün yeni layihələr üzərində işlər davam etdirilib.

Hesabat ilində də “Azəriqaz” İB üzrə istehlakçıların sayı artaraq 2657,5 min təşkil edib ki, bundan 2612,2 mini əhali istehlakçıları, 45,3 mini isə qeyri-əhali istehlakçıları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti