Bakı.Trend:
Ötən il yol infrastrukturuna dair 10-dan artıq standart qəbul olunub.
Trend xəbər verir ki, bu fikirləri rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.
O bildirib ki, çatışmayan standartlarla bağlı işlər aparılır.
“Bakıda yeraltı keçid məsələlərinə yenidən baxılmalıdır. İnfrastruktur şəhər əhalisi üçün yenidir. Piyadalar səki olduğu halda bəzən mikromobillik yolu ilə hərəkət edir”, - deyə nazir müavini vurğulayıb.
