...

GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILARIN PROBLEMLƏRİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 5 Avqust 2005 16:25 (UTC +04:00)

Yaxın günlərdə Gürcüstan Respublikasında yaşayan azərbaycanlıların problem və qayğılarına həsr olunmuş praktik konfrans keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitənin təşəbbüsü ilə Bakıda keçiriləcək bu tədbirdə Gürcüstanda yaşayan həmvətənlərimizin problemləri müzakirə olunacaq, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması yolları, soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyası istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılacaq.

Dövlət Komitəsi belə bir konfransı təşkil etməklə Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini bir daha diqqət mərkəzinə gətirmək niyyətindədir.

Konfransda Gürcüstanda azərbaycanlıların torpaq problemi, təhsil sahəsində mövcud olan çətinliklər, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı məruzələr dinləniləcək.

Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin rəhbərlərlərinin, Gürcüstanda yaşayan azərbaycanlıları birləşdirən ictimai təşkilatların, ziyalıların və elm adamlarının iştirakı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti