...

ƏBÜLFƏZ QARAYEV: "XOKKEYÇİLƏRİMİZİN OLİMPİADAYA VƏSİQƏ UĞRUNDA MÜBARİZƏ APARMAQ ŞANSI VAR"

Cəmiyyət Materials 8 Sentyabr 2005 15:45 (UTC +04:00)

"Ot üstündə xokkey üzrə qadınlardan ibarət Azərbaycan yığmasının "Trophy Cup" yarışında çıxışı Pekində keçiriləcək Olimpiadada iştirak uğrunda mübarizənin birinci mərhələsidir". Bu barədə Trend ə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev bildirib.

O qeyd edib ki, son zamanlar komandanın göstərdiyi nəticələri nəzərə alaraq, ona böyük ümidlər var. "Trophy Cup" yarışının finalına çıxış xokkeyçilərə Avropa xokkeyinin elitasına çıxmağa və bilavasitə Olimpiya lisenziyası uğrunda mübarizə aparmağa imkan verəcək.

"Xokkey perspektivli idman növüdür və biz ümid edirik ki, yığma 2008-yay oyunlarına lisenziya qazana biləcək", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Adil Paşayevin yetirmələri bü günlərdə Bakıda keçirilən "Trophy Cup" oyununun yarımfinalına vaxtından əvvəl çıxıblar.

Xəbər lenti

Xəbər lenti