...

QAFQAZIN ŞEYXULİSLAMI YENİ ROMA PAPASINI AZƏRBAYCANA DƏVƏT EDİB

Cəmiyyət Materials 12 Sentyabr 2005 18:49 (UTC +04:00)
QAFQAZIN ŞEYXULİSLAMI YENİ ROMA PAPASINI AZƏRBAYCANA DƏVƏT EDİB

Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə yeni Roma katolik kilsəsinin yeni başçısı XII Benedikti Azərbaycana rəsmi səfərə dəvət edib. Trend bildirir ki, şeyxulislam dəvətnaməni Vatikanın Azərbaycanda səfərdə olan nümayəndəsi kardinal Kresçensio Sepeyə təqdim edib.

Şeyxulislam bildirib ki, rəsmi dəvətnamə bu günlərdə diplomatik poçtla çatdırılacaq.Onun sözlərinə görə, Azərbaycan qonaq üçün rahat olan istənilən vaxt onu qəbul etməyə hazırdır.

Kardinal Sepe Roma Papasının adından A.Paşazadənin QMİ sədrliyinə seçilməsinin 25 illiyi ilə bağlı olaraq şeyxulislama xatirə medalı təqdim edib.Kardinalın sözlərinə görə, medal təmiz qızıldan hazırlanıb.

Xəbər lenti

Xəbər lenti