...

Ağacan Abıyev: Boks üzrə dünya çempionatında rekord sayda ölkə iştirak edəcək

Cəmiyyət Materials 10 Noyabr 2005 15:46 (UTC +04:00)

Boks üzrə dünya çempionatında rekord sayda ölkələr iştirak edəcək. Bu barədə Trend ə Beynəlxalq həvəskar boks Assosiasiasiyasının (AIBA) texniki nümayəndəsi, Milli Federasiyanın rəhbəri Ağacan Abıyev bəyan edib.

O, qeyd edib ki, Çinə 87 ölkədən təxminən 800 atlet gedəcək ki, bu da mundialın yeni nailiyyətlərindəndir. Turnirin əsas favoritləri Rusiya və Kuba yığmalarıdır, amma onlarla Azərbaycan, ABŞ, Fransa, Qazaxıstan, Özbəkistan, Tailand boksçuları da rəqabət apara bilər.Rinq sahibləri də medala ümid edir və onların əsas ümid etdikləri dünya çempionatının və Olimpiada-2004-ün mükafatçısı Szou Şimindir.

Xatırladaq ki, Tailandda keçirilən son mundialda Azərbaycan idmançıları bir qızıl və iki bürünc medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti