...

Macarıstanda Azərbaycan günləri keçiriləcək

Cəmiyyət Materials 12 Yanvar 2006 13:00 (UTC +04:00)

Yaxın vaxtlarda Macarıstanda Azərbaycan günləri keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Azərbaycan günləri Dövlət Komitəsi və Azərbaycanın Macarıstandakı səfirliyilə birlikdə təşkil olunacaq. Artıq bu məqsədlə hazırlıq işlərinə başlanılıb. Bu günlərdə Dövlət Komitəsinin əməkdaşı tədbirlə bağlı Azərbaycanın Macarıstandakı səfirliyilə məsləhətləşmələr aparmaq və Azərbaycan diasporunun nümayəndələrilə görüşmək məqsədilə bu ölkəyə ezam ediləcək.

Tədbiri keçirməkdə əsas məqsəd Macarıstan ictimaiyyətində Azərbaycan haqqında obyektiv ictimai rəy formalaşdırmaqdan, xalqımızın qədim və zəngin mədəniyyətini təbliğ etməkdən, ölkəmizlə bağlı həqiqətləri diqqətə çatdırmaqdan ibarətdir. Tədbirin ilk günündə ölkəmizin tarixi, mədəniyyəti, ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş terror və soyqırım aktlarından bəhs edən elmi-praktik konfrans keçiriləcək. Sonrakı tədbirlərdə ölkəmizin mədəniyyətindən, tarixindən, coğrafiyasından, xalqımızın məruz qaldığı soyqırım aktlarından bəhs edən foto və rəsm sərgiləri təşkil olunacaq, filmlər nümayiş etdiriləcək. Tədbir Azərbaycanın incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti