...

Azərbaycan boksçuları Olimpiadada iştirak etməyə də bilər

Cəmiyyət Materials 6 Fevral 2006 16:57 (UTC +04:00)

Beynəlxalq Olimpiya komitəsi (BOK) rəhbərliyi Azərbaycan boksçularını Olimpiya oyunlarında medal uğrunda mübarizə şansından məhrum edə bilər.

Trend in allboxing.ru saytına istinadən xəbər verdiyi kimi, BOK hələ də boksun proqramdan çıxarılmasının vacibliyi fikrindədir. Buna səbəb Afina Olimpiadasından sonra hakimlikdə subyektivliyin aradan qaldırılmasının tapşırıldığı Beynəlxalq Həvəskar Boks Assosiasiyası (BHBA) rəhbərlərinin kifayət qədər aktiv olmayan fəaliyyətidir. "Biz müharibə ərəfəsindəyik. Bu məsələni artıq çoxdan həll etmək vaxtıdır", - deyə The Arizona Republic BOK-nın yüksək vəzifəli funksionerinin sözlərindən sitat gətirir.

Xəbər lenti

Xəbər lenti