...

MDB ölkələrində yaşlıların təhsilinin inkişafı konsepsiyasının layihəsi işlənib hazırlanıb

Cəmiyyət Materials 21 Fevral 2006 17:08 (UTC +04:00)

MDB ölkələrində yaşlıların təhsilinin inkişafı konsepsiyasının layihəsi işlənib hazırlanıb. MDB-nin icra katibliyindən Trend ə verilən məlumata görə, bu yaxınlarda Minskdə keçirilmiş iclasda layihə birlik ölkələrinin ekspertləri arasında razılaşdırılıb.

İclas iştirakçıları, həmçinin, Birlik ölkələrinin açıq təhsil sisteminin fəaliyyət mexanizminin yaradılmasına dair sazişin layihəsini də razılaşdırıb. Layihənin müzakirəsi zamanı ekspertlər Belarus, Qazaxıstan və Rusiyanın təqdim etdiyi təklifləri nəzərə almaqla onun tamamlanması zəruriliyi ilə bağlı fikrə gəlib.

Birlik dövlətlərinin kadrların ixtisasının artırılması və peşəkar hazırlığı sahəsində əməkdaşlığa dair saziş layihəsinin müzakirəsi zamanı onun adında dəyişiklik edilərək aşağıdakı redaksiyada razılaşdırılıb: "Mütəxəssislərin ixtisasının artırılması və peşəkar hazırlığı sahəsində əməkdaşlığa dair saziş".

İclas iştirakçıları MDB-nin icra katibliyinə nəzərdən keçirmək üçün razılaşdırılmış layihələri Birlik hökumətlərinin başçıları Şurasına təqdim etmək təklifini irəli sürmək qərara alınıb.

Xəbər lenti

Xəbər lenti