...

Əli İnsanovun Gülər Əhmədovaya qarşı iddiası ilə əlaqədar məhkəmə baxışına xitam verilib

Cəmiyyət Materials 10 Mart 2006 16:28 (UTC +04:00)

Martın 10-da Bakı şəhəri, Səbayel rayon Məhkəməsində hakim İlham Ağayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun millət vəkili Gülər Əhmədovaya qarşı iddiasına baxılıb və işə xitam verilib. Bu barədə Trend ə hakim İlham Ağayev məlumat verib.

Hakimin sözlərinə görə, sabiq nazirin məhkəmə qarşısında qaldırdığı iddia G.Əhmədovanın mətbuata verdiyi müsahibələri ilə bağlıdır. Ə.İnsanov həmin müsahibələri böhtan xarakterli hesab etməklə yanaşı, şərəf və ləyaqətinin təhqir olunduğunu da iddia edirdi. O, məhkəmədən G.Əhmədova barəsində Azərbaycan Respublikası Cinayət Məcəılləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət işi qaldırılmasını tələb edirdi.

Lakin məhkəmə hesab edib ki, Gülər Əhmədova millət vəkilidir və onun toxunulmazlıq hüququ var. Bu fakt əsas gətirilərək işə xitam verilib.

Xəbər lenti

Xəbər lenti