...

Azərbaycanın Səhiyyə Nazirliyi London laboratoriyasına daha 43 analiz göndərib

Cəmiyyət Materials 5 Aprel 2006 14:18 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi quş qripinə yoluxmaqda şübhəli bilinən 43 nəfərdən götürülmüş analizləri dəqiq diaqnoz almaq üçün London laboratoriyasına göndərib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend ə bildirmişdir ki, bu analizlər arasında hazırda 2 saylı Uşaq Klinik Xəstəxanasına yerləşdirilmiş 2 qızın analizləri də var. Laborator müayinələr zamanı onlardan birində H5N1 virusunun olması təsdiqlənib. Salyan rayon sakini olan digər xəstədə isə nazirliyin PCR aparatı ilə aparılmış müayinə zamanı virus aşkar olunmayıb.

"Ancaq hər ehtimala qarşı hər iki qızdan götürülmüş analizlər müayinə üçün Londona göndərilib. Hazırda onların vəziyyəti sabitdir və səhhətləri getdikcə yaxşılaşır", - deyə S.Məmmədova bildirib.

Nazirlikdə qeyd edilib ki, analizlərin nəticələri yaxın vaxtlarda məlum olacaq.

Xəbər lenti

Xəbər lenti