...

Avqustda Beynəlxalq böhran qrupu Gürcüstandakı milli azlıqlar üzrə məruzəsini açıqlayacaq

Cəmiyyət Materials 23 İyun 2006 18:24 (UTC +04:00)

Avqustda Beynəlxalq böhran qrupu (BBQ) Gürcüstandakı milli azlıqların vəziyyəti üzrə məruzəsini açıqlayacaq. Burada əsas diqqət Azərbaycan icmasının vəziyyətinə yönəldiləcək. Bu barədə Trend ə BBQ-nin Bakı nümayəndəsi Vüqar Qocayev xəbər verib.

Onun sözlərinə görə, məruzənin hazırlığı təşkilatın Bakı ofisinin üzərinə qoyulub və hazırda Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsi - Kvemo-Kartli sakinlərinin problemlərinin öyrənilməsi üzrə ciddi işlər görülür.

"İyulda ofis nümayəndələri Qardabani və Dmanisiyə (Gürcüstan) yollanacaqlar, burada 2-3 həftə ərzində azərbaycanlıların məişətinin müxtəlif aspektlərini, o cümlədən statistik məlumatları öyrənəcək, islahatların, o cümlədən torpaq islahatlarının keçirilmə məsələləri gözdən keçiriləcək", - deyə V.Qocayev qeyd edib. O bildirib ki, paralel olaraq, əsasən ermənilərin yaşadığı Cavaxeti bölgəsində də işlər görülür.

"Qrupumuza həmçinin BBQ-nin Qafqaz üzrə layihə direktoru Sabina Freyzer də daxildir", - deyə V.Qocayev bildirib. O əlavə edib ki, yeni məruzənin hazırlığı üçün Azərbaycandakı Gürcüstan vətəndaşları ilə görüşlər keçirilir.

Xəbər lenti

Xəbər lenti