...

Azərbaycanlı cüdoçular Türkiyədə 11 medal qazanıb

Cəmiyyət Materials 4 İyul 2006 15:12 (UTC +04:00)

Azərbaycannı cüdo komandası Türkiyədə başa çatmış "Boğaziçi" ənənəvi beynəlxalq turnirində 3 qızıl, 3 gümüş və 5 bürünc mükafat qazanıb.

Trend in xəbər verdiyi kimi, fəxri kürsünün ən yüksək pilləsinə Ramil Qasımov (66 kq), Elxan Məmmədov (81 kq) və Sona Əhmədli (63 kq) qalxıb. Teymur Bağırlı (60 kq), Məmməd Məmmədov (66 kq) və Şəhanə Alməmmədova (52 kq) isə 2-ci yerə layiq görülüb. Mükafatçılar üçlüyünü gənclər arasında Avropa birinciliyinin qalibi Araz Muxtarov (73 kq), Zaur Paşayev (81 kq), Qədir Qədirov, Zaur Tağıyev (hər ikisi 90 kq), o cümlədən Ramilə Yusifova (57 kq) qapayıb. Bu uğurlar komandaya kişi kollektivi arasında 1-ci yeri tutmağa imkan verib. Qadınlardan ibarət kollektiv isə 3-cü yerdə qərarlaşıb.

Yarış başa çatdıqdan sonra Azərbaycan komandası bir həftəlik təlim-məşq toplanışları keçmək üçün Türkiyədə qalıb.

Xəbər lenti

Xəbər lenti