...

Azərbaycanın stolüstü tennis yığması Avropa birinciliyinin qrup mərhələsini keçə bilməyib

Cəmiyyət Materials 24 İyul 2006 17:09 (UTC +04:00)

Azərbaycanın stolüstü tennis yığması bu günlərdə Sarayevoda keçirilən gənclər arasında Avropa birinciliyinin qrup mərhələsini keçə bilməyib.

Trend in xəbər verdiyi kimi, ən yaxşı tnəticəni yarımqrupda 3-cü yeri tutmuş gənclərdən ibarət kollektiv göstərib. Şotlandları 3:0 hesabla məğlub edən komanda növbəti oyunda Kiprə (0:3), daha sonra isə gərgin görüşdə Litvaya (2:3) uduzub. Qrupun son oyununda kollektiv çernoqoriyalıları (3:0) darmadağın etsə də, 1-ci mərhələnin yekunları üzrə 3-cü yerdə qərarlaşıb.

Qızlardan ibarət yığma bir qədər pis çıxış edib. Kollektiv bir-birinin ardınca Portuqaliya, İspaniya və Çernoqoriyadan olan rəqiblərinə məğlub olub. Sonnuncu iki oyunda komanda minimal - 2:3 hesabla uduzub.

Xəbər lenti

Xəbər lenti