...

Azərbayanlı xokkeyçilər "Challenge" divizionunda Ukraynaya məğlub olub

Cəmiyyət Materials 28 İyul 2006 15:11 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət otüstü xokkey yığması Vilnüsdə keçirilən "Challenge" divizionunun qrup mərhələsində çıxışını Ukraynaya 0:5 hesablı məğlubiyyətlə başa vurub.

Trend in xəbər verdiyi kimi, hər iki komanda yarışın yarımfinalına vaxtından əvvəl vəsiqə qazanmışdı və buna görə də turnir nöqteyi-nəzərindən onun yekunu xüsusi əhəmiyyət kəsb etmirdi. Bununla belə artıq 1-ci taymda rəqib Feyzulla Rəhimbəyovun yetirmələrinin qapısına 2 cavabsız top ötürüb və fasilədən sonra öz üstünluyünü möhkəmlədib. Beləliklə, Ukrayna maksimumxal toplayaraq (12) "B" qrupunun qalibi olub. Yerli xokkeyçilər isə ukraynalılardan 3 xal geridə olub.

İndi turnirin yarımfinalında komanda "A" yarımqrupunda 1-ci yeri tutmuş Belarus yığması ilə oynayacaq.

Xəbər lenti

Xəbər lenti