...

Azərbaycan və Türkiyənin gənclər, idman nazirləri ikitərəfli əməkdaşlığa dair niyyət protokolu və proqram imzalayıblar

Cəmiyyət Materials 9 Avqust 2006 17:31 (UTC +04:00)

Avqustun 9-da Azərbaycanda səfərdə olan Türkiyə dövlət naziri, fövqəladə hallar, gənclər və idman sahələri üzrə nazir Məhmət Əli Şahinlə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov arasında ikitərəfli əməkdaşlıq haqqında niyyət protokolu və proqram imzalanıb. Bu barədə Trend ə Gəncər və İdman Nazirliyindən məlumat verilib.

Sənəddə Türkiyə və Azərbaycan gənclərinin əməkdaşlığı, beynəlxalq tədbirlərdə birgə iştirakı, türkiyəli gənclərin Azərbaycanda, azərbaycanlı gənclərin də Türkiyədə istirahətlərinin təşkili, hər iki ölkənin gənclər təşkilatlarının əməkdaşlığının gücləndirilməsi, növbəti yay olimpiya oyunlarına hazırlıq, təlim-məşq toplantılarının keçirilməsi, birgə yarışların təşkili kimi məsələlər əksini tapıb.

Nazirlərin görüşündə M.Ə.Şahin bildirib ki, Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi bu qurumun üzv dövlətləri arasında idman yarışları təşkil etmək niyyətindədir və Türkiyə bu təşəbbüsü dəstəkləyir. Türkiyəli nazir həmçinin bildirib ki, növbəti yay olimpiya oyunlarına hazırlıq məqsədilə Türkiyənin Ankaradakı Antidopinq Laboratoriyasından Azərbaycan idmançılarının da istifadə etməsinə rəsmən razılıq verir və bundan sonra idmançılarımızın oraya müraciət etməsinə şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti