...

Azərbaycandan lisenziya turnirlərində iştirak etmək istəyən iddiaçıların siyahısı genişlənir

Cəmiyyət Materials 19 Avqust 2006 13:30 (UTC +04:00)

Müxtəlif idman növləri üzrə lisenziya turnirlərində iştirak etmək istəyən iddiaçıların siyahısı daha da genişlənir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Trend ə verdiyi xəbərə görə, ilin birinci yarısında fərqlənən atletlərin Gənclər və İdman Nazirliyi tərəfindən bu yaxınlarda keçirilən mükafatlandırma mərasimi təsdiq edib ki, oyunların Azərbaycandan olan potensial iştirakçılarının sayı artır. "Bir çox idman növləri üzrə yaxınlaşan Dünya çempionatlarını nəzərə alaraq, düşünürəm ki, mövsümün ikinci yarısı həmçinin bizə yeni adlar verəcək. Ona görə də yeni ilin əvvəlində, yəni seçim startlarının başladığı vaxt tərkib qəti surətdə formalaşacaq", - deyə Ç.Hüseynzadə bildirib.

Qeyd etmək lazımdır ki, bu mövsümdə hələ idmanın atıcılıq növü üzrə Pekinə vəsiqə qazanmaq uğrunda seçim gedir.

Xəbər lenti

Xəbər lenti